Abşeron rayonunda intihar hadisəsi baş verib.
XeberTıme.az BAKU.NEWS-ə istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
2006-cı il təvəllüdlü N.Q. yaşadığı binadan özünü atıb.
Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Müayinə zamanı ona qabırğalar arası və ətrafların çox saylı sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.