SON DƏQİQƏ

Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik etdi

Tarix:25-06-2022, 01:09

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.

XeberTıme.az xəbər verir ki, paylaşımda deyilir:"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!"

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ