SON DƏQİQƏ

“Azərsığorta” ləğv olundu - FƏRMAN

Tarix:1-02-2024, 09:49

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. 
 XeberTıme.az xəbər verir ki, fərmana əsasən, "Azərsığorta" ləğv edilib.
 
Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.
 
1991-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sığorta (Azqosstrax) bazası əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
 
Prezident İlham Əliyevin 2020-ci il 07 avqust tarixli Fərmanına əsasən "Azərbaycan İnvestisiya Holdinqi" təsis edilib və 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətinə verilib.

 XeberTıme.az     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ