“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək “Dünya TV”-nin efirində çanlı yayımda nümayiş olunacaq.
28.09.2024-ci il tarixində efirə gedən “Qanun və İcra” proqramında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi “Alimentin ödənilməsindən yayınan şəxslərin inzibati və cinayət məsulliyyəti barədə” mövzusunda qarşılıqlı izahlar, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. İlkin Xəlilov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Qəhrəman Qarayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
3. Məhəbbət Dəmirçiyeva- BDU-nun hüquq fakültəsinin Mülkü hüquq kafedrasının müdiri, professor.
4. Səadət Vəliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “dünyatv.az” “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTV.info” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az