“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək “Dünya TV”-nin efirində çanlı yayımda nümayiş olunacaq.
05.10.2024-ci il tarixində efirə gedən “Qanun və İcra” proqramında Erkən nigahlardan danışılacaq. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-13-cu maddələri “Nigaha mane olan hallar” mövzusunda qarşılıqlı izahlar, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Mətanət Ağamirli - Əməkdar jurnalist.
2. Sürəyya Mehdiyeva - Müəllimə.
3. Yeganə Telmanqızı - Jurnalist, AJB-nin üzvü.
4. Səadət Vəliyeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “dünyatv.az”, “XeberEkspress.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTV.info” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az