“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək “Dünya TV”-nin efirində canlı nümayış olunur.
12.10.2024-ci il tarixində efirə gedən “Qanun və İcra” proqramında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-37-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsi “Ərlə-arvadın əmlakının bölüşdürülməsi” mövzusunda qarşılıqlı izahlar, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı.
Tamaşaçılarımızı bu mövzu bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişdik:
1. Qəhrəman Qarayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Püruzə Əliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
3. İlkin Xəlilov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Aysel Süleymanova- Hüquqşünas
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “dünyatv.az” “XeberEkspress.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTV.info” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
XeberTıme.az