SON DƏQİQƏ

Tanınmış hüquqşünas Əkbər Yusifoğlu Azərbaycan xalqını təbrik etdi

Tarix:18-10-2024, 10:55

Tanınmış hüquqşünas, Vəkillər Kollegiyasınını üzvü  Əkbər Yusifoğlu Azərbaycan xalqını Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə  təbrik etdi.                                                                                                                
Azərbaycan xalqı XX əsrdə  iki dəfə müstəqillik əldə etmək şansı qazanmışdır. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci dəfə müstəqil olma şansı bir də 70 il sonra, sovet imperiyasının dağılması nəticəsində yarandı. Nəhayət, 1991-ci il oktyabrın18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu gün Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür
Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılmasıdır. İqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündə başa gəldi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.


Bayramınız mübarək əziz həmvətənlərim! 



Hörmətlə:                                            
Əkbər Yusifoğlu
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ