Tarixçi alim Zaur Əliyevin paylaşdığı və Azərbaycan adının yer aldığı 14-cü əsrə aid xəritə ictimaiyyətdə maraqla qarşılanıb. O, tanınmış coğrafiyaçı Məhəmməd əl-Ədrisinin bu xəritəni Sisiliya kralı II Rocer üçün hazırladığını bildirib.
Tarixçinin sözlərinə görə, xəritə 1619-cu ildə latın dilinə çevrilib. Orijinalı isə 1325-ci ildən etibarən Fransada saxlanılır. Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları aydın göstərilir.
Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan adının xəritələrdə istifadə olunması Mahmud Kaşğarinin dövründə də olub.
Ətraflı videoda:
XeberTıme.az