SON DƏQİQƏ

Ölkəmizdə valdeynlər övladlarına "X" və "D" adı qoymaq üçün müraciət edib- VİDEO

Tarix:25-10-2024, 23:39

Bəzi valideynlər uşaqlarına qəribə adlar qoymaq istəyiblər

Bu il ölkəmizdə 3 nəfər övladına "X", 1 nəfər isə "D" adı qoymaq üçün müraciət edib.
Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, övladına "X" və "D" adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar.
Sayalı Sadıqovanın sözlərinə görə, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir.
Qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.
Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza", Bəkir adının “Danel”, Reyhan adının “Nina”, Bənövşə adının “Anastasiya” adı ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynlərə imtina cavabı verilib, elə valdeynlər var ki, israr edərək məhkəməyə müraciət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ