SON DƏQİQƏ

Etibarnamə ilə bağlı YENİ QAYDA

Tarix:5-11-2024, 20:49

Etibarnamə ilə bağlı yeni qayda qüvvəyə minib.
XeberTıme.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev "Facebook" hesabında yazıb.
Bildirilib ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.
Avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər.
Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.
 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ