“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək “Dünya TV”-nin efirində canlı nümayış olunur.
08.02.2025-ci il tarixində efirə gedən “Qanun və İcra” proqramında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi “Oğurluq cinayətləri” mövzusu, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qarşılıqlı izahları, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə proqrama ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişdik:
1. Rahul Quluzadə- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Rəşad Səmədov- Hüquqşünas, Mediator.
3. Qəhrəman Qarayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Fərid Məmmədzadə- Hüquqşünas.
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “dünyatv.az” “XeberEkspress.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTV.info” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
XeberTıme.az