SON DƏQİQƏ

Səbinə Salmanova-Şəhidlər Xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqini təklif etmişəm

Tarix:20-08-2025, 13:52

Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Səbinə Salmanova  facebook səhifəsində paylaşım edib.
“XeberTıme.az” sözü gedən paylaşımı təqdim edir. 
 
Mediaya müsahibəmdə Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqini təklif 
etmişəm və Milli Məclisin payız sessiyasında bu məsələ ilə əlaqədar yeni qanunverici təşəbbüslər irəli sürəcəyəm.
Təkliflərim isə aşağıdakı kimidir:
 
İctimai davranış qaydalarına əməl olunmalıdır.
 
Şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. 
 
Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət qoyulmalıdır: 
Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. 

Şəhidlər Xiyabanlarını ziyarət zamanı geyimləeə fikir verilməlidir: 
 
Həmçinin, ölkəmizdəki Şəhidlər Xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət qoyulmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir.
 
XeberTıme.az
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ