Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı üç nəfər saxlanılıb.
XeberTıme.az Lent.az-a istinadla xəbər verir ki, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, icra başçısının müavini Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi-mühəndis vəzifəsində çalışan Qafar Abdullayev barəsində 4 aylıq həbs qərarı çıxarılıb.
Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.
Onun hansı səbəbdən saxlanması hələlik açıqlanmayıb.
N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri ilə bağlı qərar verilib.
XeberTıme.az