SON DƏQİQƏ

Saat 11:30-da Sumqayıtda 15 min abonentin qaz təchizatı dayandırılacaq

Tarix:6-11-2025, 08:57

Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək.
XeberTıme.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan aldırılması məqsədilə bu gün saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu məqsədlə noyabrın 6-da Sumqayıt şəhərinin 16-cı, 17-ci, 20-ci və 21-ci mikrorayonlarında, həmçinin Corat qəsəbəsi, Corat bağları, 51 və 52-ci məhəllələr, Qurd dərəsi - Saray bağları ərazilərindəki 15 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Qaz təchizatı işlər başa çatdıqdan dərhal sonra bərpa ediləcək.
 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ