SON DƏQİQƏ

Zəvvarların Bakıya qayıdış tarixləri açıqlandı - RƏSMİ

Tarix:31-05-2026, 21:10

Bu il Azərbaycandan Həcc ziyarətinə yollanan 1150 zəvvarın vətənə qayıdış tarixləri məlum olub.
XeberTıme.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri bildirib ki, zəvvarların Azərbaycana ilk dönüş reysi iyunun 6-da həyata keçiriləcək.
Onun sözlərinə görə, zəvvarlarımızın vətənə son uçuşu iyunun 9-da baş tutacaq.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılmış kvota çərçivəsində ümumilikdə 1150 nəfər müqəddəs ziyarətə yollanıb. mənbə: /Modern.az/
 
XeberTıme.az
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ