SON DƏQİQƏ

Əlillərə dövlət qayğısı -FOTO

Tarix:19-10-2021, 10:38

Dost mərkəzi və əmək və əhalinin sosial müdafiə nazirliyinin ərazi üzrə şöbələri və dost mərkəzləri tərəfindən Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və ümumi xəstəliyə görə əlil olmuş bir qrup insanlarla birlikdə  müalicə olunmaq üçün  səhər saat 10 -00 da Bakı beynəlxalq aeroportunda olduq. Saat  2 də  Bakıdan təyyarə ilə  yola düşdük və bir saata  Naxçıvan şəhərinə çatdıq.Bizi qarşılayan nümayəndələr xüsusi ayrılmış avtobusla müalicəyə gələnləri hər cür şəraiti olan  Duzdag otelində yerləşdirdilər. Naxçıvan  necə də gözəl,tər təmiz,güllü çiçəkli, səliqəli səhərdir.
Hər gün  qaldığımız oteldən  bizə ayrılmış avtobusla 55 kilometr yol qət edərək Culfa rayonunda yerləşən Darıdağ sanatoriyasına gəlib vanna qəbul edib qayıdırıq. Bu müalicə ocağında yerin dərinliklərindən müalicəvi əhəmiyyətli isti su qaynayır.Suyun tərkibi haqqında cədvəldə aydın göstərilib. Əsasən revmatzma, qaraciyər, böyrək , radikulid, onurğa dəri   və bir çox xəstələliklərə kömək edir.
Müalicəyə gələnlərin bir qismi Darı dağ müalicə mərkəzinə, bir qismi Düz dağ müalicəvi mərkəzə, digər qismi isə Naxçıvan diaqnostika mərkəzinə yollanır. Təcrübəli həkimlər, tibb bacıları xəstələri tam müayinə edir, təzyiqini,  röyasıni  ölçür. Onu da qeyd edim ki, bir neçə xəstələri insult kecirtikləri üçün isti  vanna qəbul etmələrinə icazə vermədilər.
Odur ki, gələcəkdə həkimlərimiz xəstələri aidiyyatı  üzrə müalicə mərkəzlərinə  göndərdilər ,daha münasib və effektli  olar və əlillərin haqlı narazılığına səbəb olmaz. 
Bu sözlər  əsasən Bakının Xətai və  Yasamal rayonlar poliklinikalarina  aiddir.Axi şəkər xəstəsi  və ya insult keçirdən ağır xəstələri istisu sanatoriyasına və ya 18-20 dərəcə temperaturda olan Duz dağ sanatoriyasına göndərmək nə dərəcədə uyğundur.
Amma buna baxmayaraq həmin xəstələr üçün də bu gözəl diyarı gəzmək, Asabi Kəhfi ziyarət etmək , Batabatı, Əlində qalasını,  Möminə Xatun məqbərəsini, Qızlar bulağını seyr etmək necə də gözəldir.
Hər gün oteldə üç dəfə yüksək keyfiyyətli yemək verilir. Onu da qeyd edim ki,   yeməkxanada musiqi sədaları altında  müalicəyə gələnlərin üzlərində xoş təbəssüm,  sevinc hissləri duyulur. 
Hər bir otaqda gözəl şərait yaradılıb. Həyətyani sahə yaşıllıqlara qərq olunub. Oteldə baseyn, türk  saunasi, quru və par saunasi , massaj ,  kafe, bar  bura gələnlərin ixtiyarına verilib. 
Dövlətimiz həqiqətən də əlillərə , şəhid ailələrinə  yüksək qayğı göstərir.Butun bu xidmətlər dövlətimiz tərəfindən biz əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə göstərilən diqqət və qaygidirr.
Onu da qeyd edim ki, otaq yoldaşım ikinci qrup əlil , bexterev xəstəsi olan Seylan Nəsirovun   bir gün  səhhətində problem yaranmışdı. Otelin təcrübəli və qayğıkeş  tibb bacısı  Gülarə Bayramova sağ olsun, gəlib  xəstənin təzyiqin ölçdu,  tibbi yardım gosyərdi..Xəstə tezliklə sağaldı və səhər 
bizimlə birlikdə Ashabi Kəff ziyarətinə getdi.
Hər gün turlar təşkil olunur. Cənnət diyarın görməli yerlərini seyr etmək əsəbləri necə də sakitləşdirir. Oteldə daun xəstələri, qazilərimiz və Cernobl əlilləri də var. Birinci qrup əlil, daun xəstəsi olan Validəni yəqin hər kəs tanıyır. O, anası ilə birlikdə  müalicəyə gəliblər.
Heydər Əliyev fondunun köməkliyi ilə Validə balamız bir çox xarici ölkələrdə müxtəlif tədbirlərdə iştirak edib. Gözəl rəqs edir. 
13 ildir ki, mənzil növbəsində dayanıb deyən anasına bildirdim ki, tezliklə sizi eşidərlər.
Keçmiş SSRİ Ali sovetinin deputatı olmuş məşhur tutuncü şərurlu balası ikinci qrup əlil Zivər xanım Səfərova  da bizimlə birlikdə müalicə olunur. Söz verdim ki, zəhmətkeş bu insan  barədə mətbuatda geniş məqalə dərc edəcəyəm. Çünki Zivər Səfərova  həqiqətən də Prezident təqaüdünə layiq insandır. İmkan tapıb oxuculara  əlavə məlumat verəcəyəm.
Ömür gün yoldaşı şəhid olmuş Gülnarə xanım isə biləndə ki, jurnalistəm , dedi ki,  dövlətimdən çox razıyam. Mənə  vaxtilə iki otaqlı mənzil veriblər.
Üç övladımı atasız,  tək boyutdum. İndi  ailəlidirlər iki övladım kirayədə qalır. hec olmasa onlara bir mənzil ala bilsəydim daha arxayın olardım. Şəhid ailəsinə bildirdim ki, Allah dövlətimizi, xeyirxah insanlarımızı qorusun. Şəhid ailələrinə hər birimiz borcluyuq. Bizə qələbə sevincini yaşadan şəhidlərimizin hər birinin qanı tökülən topagımizın üzərində diz çökərək cəmi şəhidlərimizə rəhmət diləyirəm, Allah ordumuzu qorusun.
Allahdan cəmi qazılərimizlə, əlillərimizə, xalqımıza can sağlığı arzulayıram. Allah dövlətimizi qorusun. Qalib xalqımızın övladlarının yaxşı yaşamağa müalicə olunmağa haqqı çatır.
Cəmi xəstələrimizə şəfa diləyirəm .

Rauf İlyasoğlu 
“XeberTıme.az”  






FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ