SON DƏQİQƏ

Elçin Tağıyev Ağstafada Şəhid ailəsini ziyarət etdi

Tarix:15-05-2022, 01:20

14.05.2022-ci il tarixində  Goranboy rayon Qızılhacılı qəsəbə sakini, İctimai-fəal, Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı, daim şəhid və qazi ailələrini ziyarət edən Elçin Məhəmməd oğlu Tağıyev və Borsunlu kənd sakini, Mədəniyyət işçisi Elməddin Zeynalov Ağstafa rayon Yuxarı Göycəli kənd  sakini Azərbaycan Ordusunun giziri Tovuz döyüşlərində şəhidlik məqamına ucalmış Vüqar Lətif oğlu Sadıqovun doğum günündə iştrak edib.İlk öncə mərasim iştrakçıları Yuxarı Göycəli kənd qəbristanlığına gələrək şəhidin məzarı ziyərət olundu ruhuna dualar oxunaraq xatirəsi ehtiramla yad edildi.
Mərasimdə Ağstafa rayon icra hakimiyyətinin əməkdaşları, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid və qazi ailələri iştrak etmişdir.
Şəhid ailələrini ziyarət etmək,onların keçdiyi şərəfli döyüş yolu haqqında dünya ictimaiyyətinə məlumat vermək bizim vətəndaşlıq borcumuzdur deyə Elçin Tağıyev vurğulamışdır.
Elçin Tağıyev şəhid ailəsinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun, Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək onlara uca Allahdan rəhmət ailələrinə səbir dilədi.
Mədəniyyət sahəsində çalışan əməkdaşlar bütün şəhid və qazi ailələrini ziyarət edərək onlarla bağlı xoş xatirələrini bölüşürlər.
 Mərasimdə şəhidimizin əziz xatirəsi yad edilmiş, barəsində xoş təəsüratlar danışılmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Tovuz döyüşləri tarixi Qələbəmizin əsasını qoydu və 44 günlük Vətən Müharibəsindəki qazanılan Şanlı Zəfər birdaha bütün dünyaya bəyan etdi ki, Qarabağ torpaqları azaddır. Biz Şanlı Zəfər səlnaməsini yaşadıq 8 Noyabr Zəfər Günü kimi tariximizə əbədi həkk oldu. Bu Zəfər Qələbəsini bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları və əyilməz ,şanlı Ordumuza sonsuz minnətdarlığımızı bildirirəm.
Elçin Tağıyev qeyd edib ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. 
Bu gün bütün şəhid və qazi ailələrinə dövlətimiz tərəfindən yüksək qayğı göstərilir.

Şəhid Vüqar Sadıqovun ailəsinə Şəhidimizin şəkli əks olunmuş Xarı Bülbülün xatirə tablosu təqdim edilmişdir.
Sonda Şəhid anası Zenfira Sadıqova onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını ifadə etdi. 
Eyni zamanda şəhid anası və ailə üzvüləri bu gün onların ailəsini ziyarət etdikləri üçün yaradılmış şəraitə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova dərin təşəkkürünü bildirdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Elçin Tağıyev;
Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı,
TV21.az



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ