SON DƏQİQƏ

Elsevər Aslanov İmaməli Əliyevi mükafatlandırdı

Tarix:21-05-2022, 01:27

Bu gün Goranboy rayon sakini, Qala Çoxnövlü İdman Klub MMC-nin direktoru, sahibkar Elsevər Vəliyəddin oğlu Aslanov Ağır atletika uzrə Azərbaycan birinciliyi uğrunda gedən yarışın qalibi, birinci yerə layiq görülmüş, qızıl medalla təltif olunmuş İmaməli Yusif oğlu Əliyevlə görüş keçirtmişdir.Görüşdə Qala Çoxnövlü İdman Klub MMC-nin direktor müavini Nərminə Mehdiyeva, Kikboksinq döyüş növü üzrə baş məşqçi Zülfiqar Nəcəfəliyev və Uşaq Gənclər Məktəbinin direktoru Allahverdi İsmayılov, Qalib İmaməli Əliyevin müəllimi Vüsət Əmrahov iştrak etmişdir.
Görüşü giriş sözü ilə açan Elsevər Aslanov Goranboyun adını ucaldan İmaməli Əliyevi qazandığı uğra görə səmimi qəlbdən təbrik edib. Bundan sonrakı fəaliyyətində ona uğurlar diləyib.
Sonda Qala Çoxnövlü İdman Klub MMC-nin direktoru Elsevər Aslanov tərəfindən İmaməli Əliyevə qazandığı uğura görə Təşəkkürnamə təqdim edilib. Bununla yanaşı İmaməli Əliyevin müəllimi Vüsət Əmrahovada Təşəkkürnamə təqdim edilib.
Eyni zamanda Goranboylu gənclərin Dünya və Respublika birinciliklərində qazandıqları uğurlarda əməyi olan Allahverdi İsmayılov Fəxri Diplomla təltif edilib.
Goranboylu gəncimizi ürəkdən təbrik edirik.
Qeyd edim ki, Elsevər Aslanov 44 günlük Vətən Müharibəsi dönəmində cəbhə bölgəsinə hərbiçilərimiz üçün ərzaq yardımları aparmış eyni zamanda hazırda rəhbəri olduğu Qala Oteldə hərbiçilərimizin yerləşdirilməsində təmənnasız xidmətlər göstərmişdir.
Elsevər Aslanovun idmana böyük marağı var və Qala Çoxnövlü İdman Klubunun inkşaf etdirilməsində əlindən gələni əsirgəmir.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ