SON DƏQİQƏ

54 yaşlı kişi çayda batdı

Tarix:23-11-2020, 10:29

Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb. 
XeberTıme.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Həmin şəxs 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğludur. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ