SON DƏQİQƏ

Daşkəsəndə 4 maşını, 2 avtobusu sel apardı

Tarix:12-06-2022, 01:30

Daşkəsəndə 4 maşını, 2 avtobusu sel apardı
Daşkəsən rayonu ərazisində 10 iyun saat 19:00 radələrində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü sökülüb dağılıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan vurulub, bir sıra kəndlərdə ciddi fəsadlar törədərək təhlükəli vəziyyət yaranıb.
 
XeberTıme.az  güclü leysan yağışları nəticəsində yaranmış sel suları rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndləri ərazisindəki körpüləri söküb dağıtmış, həmin kəndlərin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
 
Kənddaxili və kəndlərarası avtomobil yollarının xeyli hissəsi sıradan çıxararaq tam yararsız vəziyyətə düşüb, 4 şəxsi avtomobili və 2 kəndlərarası işləyən avtobusu sel sularının axını aparıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanaraq elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ