SON DƏQİQƏ

Bakı-Quba yolundakı dəhşətli qəzada iki nəfər həyatını itirdi - YENİLƏNİB

Tarix:14-08-2022, 23:26

Siyəzən rayonunda ağır avtomobil qəzası baş verib.
XeberTıme.az  xəbər verir ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı iki nəfər ölüb, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəlludlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Şahidlərin dediyinə əsasən, qəza nəticəsində ölən və xəsarət alan var.
Faktla bağlı araşdırmalar aparılır.

“XeberTıme.az”                                                               


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ