SON DƏQİQƏ

Ağdaşda TIR yanıb

Tarix:24-04-2023, 13:53

Ağdaşın Ləki qəsəbəsində ağırtonnajlı yük maşınında (TIR) yanğın olub.
XeberTıme.az  xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hazırda Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları ərazidədirlər. Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ