Naftalan şəhər Əlillərin Reablitasiya Mərkəzi əlillərə xidmət edir
Bakıdakı 4 saylı Dost mərkəzində növbəyə yazılaraq iyul ayının 3 -dən 17 - nə qədər Naftalan Reablitasiya mərkəzində pulsuz müalicə olunduq.
Naftalan Azərbaycanda balneoloji kurort şəhəridir.Kurortun müalicə amili müalicə nefti və quru subtropik iqlim sayılır.Bu neft qatı şərbətə oxşar, yaşılımtıl fljyopesssensiyalı qara rəngli, özünə məxsus zəif aromatik qoxulu , zəif turş reaksiyalı mayedir.
Bu, yüngül fraksiyalara az malik mürəkkəb naften və aromatik sulu karbohidrogenlərin və qatranların qarışığıdır.
Müalicə nefti buruq quyularından nasoslarla çıxarılır.
O , neft sudan ayırıcı rezervuara daxil olur, sonra isə naftalan günəş ilə və buxar ilə qızdırılır, iki vanna şöbəsinə ötürülür. Naftalan nefti iltihab əleyhinə və ağrıkəsici təsir göstərir. İsinmiş neft ilə təsir edərkən damarlar genişlənir, dərinin və əzələlərin keçiriciliyi artır, orqanizmə neft komponentlərinin - karbohidrogenlərin keçməsi asanlaşır, mübadilə yüksəlir, arterial təzyiq düşür, orqanizmin reaktivliyi desensibilizasiya istiqamətində dəyişilir, orqanizmin mühafizə qüvvələri artır.
Naftalanla vanna şəklində müalicə zamanı hərarət 37- 38 dərəcə , müddət isə 10 dəqiqə götürülür; ya da dəriyə yaxma şəklində günəş vannası və ya solyuksla şualandırma ilə birlikdə günaşırı aparılır.
Müalicə kursu 15 ə qədər proseduradan ibarət olur.
Naftalan Reablitasiya Mərkəzində müxtəlif kateqoriyalı əlillər müalicə olunur.
Mərkəzdə, Vanna şöbəsi , Parafin , Fizioterapiya , İdman zalı, yeməkxana və sair fəaliyyət göstərir.
Fizioterapiya şöbəsində pasiyentlərə naftalan vannaları ilə paralel olaraq Fizioterapiya prosedurları ilə müalicəsi aparılır.
Bu prosedurları Elektroterapiya, Lazerterapiya,
Maqnitoterapiya, Hisrokolonoterapiya, Massaj- Manipulyasiya- Traksiya, infraqırmızı şüalanma, Parafin, xüsusi inyeksiyalar və və s.daxildir.
25 çarpayılıq mərkəzdə əlillərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları ilə yanaşı , eyni zamanda bilyard, tenis və nərd oyunları da müntəzəm olaraq keçirilir.
8 ha ərazidə yerləşən Mərkəzin həyətyanı sahəsi yaşıllığa qərq olunub.
Qazanxana hər bir otağı fasiləsiz olaraq isti suyla təmin edir.
Əlillər hər gün mərkəzin yeməkxanasında gündə üç dəfə keyfiyyətli yeməklə təmin olunurlar.Təmizlik , səliqə-səhman diqqəti cəlb edir.
Peşəkar həkimlər və tibb bacılarının sayəsində əlillər 14 gün ərzində gumrahlaşır , onlarda sağalma ehtimalı daha da yüksəlir.
Qazax rayonunun Yuxarı Əskipara kəndində doğulmuş və 1991 - ci ilin mart ayının 13 də erməni quldurlarının təcavüzü nəticəsində Yuxarı Əskipara kəndindən məcburi köçkün düşmüş və yağılar tərəfimdən basdırılmış minaya düşərək sağ ayağını itirmiş 2 - ci qrup əlil Qələndar Babayev bildirdi ki , 14 gün ərzində müalicə səhhətimə müsbət təsir etmişdir.
Mərkəzin direktoru Samir Qurbanov , baş həkim Pərvanə Abdurrəhmanova, müalicə həkimimiz isə
Aynur Aydınqızıdır.
Həkim və tibb bacıları biz həssas təbəqəli insanlara diqqət və qayğı göstərirlər. Sağ olsunlar.
Son dərəcə vətənpərvər və qayğıkeş baş tibb bacısı Mətanət Quliyeva geniş və ətraflı məlumat verərək dedi;
- "Bizim Naftalan şəhər Əlillərin Reablitasiya Mərkəzi 2008- ci ildən fəaliyyət göstərir.Mərkəz 1 - ci, 2 - ci və 3- cü qrup əlilləri qəbul edir.
44 gün davam edən Vətən müharibəsində biz tibb işçiləri gecə- gündüz yaralı əsgər və zabitlərimizi qazilərimizi müalicə edir, onların sağalması üçün əlimizdən gələn köməkliyi əsirgəmirdik.Mərkəzə gəlmiş hərbiçi psixoloqlar da öz köməkliklərini göstərirdilər.
Bu gün də başda Mərkəzin direktoru Samir Qurbanov və baş həkim Rərvanə Abdurəhmanova olmaqla qazilərimizə və bütün kateqoriyadan olan əlillərimizə qulluq edilir,, onların sağalması üçün əzmlə çalışırıq.
Mərkəzdə vanna otağı, massaj, parafin, idman zalı, fizioterapiya şöbəsi fəaliyyət göstərir.
Bizim şöbədə elektrofarez, fonofatez, maqnit terapiya , UVÇ, qısadalğa, linfa direnaj və sair aparatlar var .
Elektrofarez elektrik və dərmanla müalicə edir.
Bu müalicə əsəb və yuxu pozğunluğuna , nevroz, nevrologiya, vegenativ sinir sistemi pozğunluğuna çox yaxşı kömək edir.
Müalicələr müalicə həkimlərimizin göstərişi ilə həyata keçirilir.
Bütün bu tibbi avadanlıqlar xəstələrdə onurğa sütununun, disq yırtığının düzəlməsinə , artrit, poliartrit , revmatizm xəstəliklərinin sağalmasına kömək edir .
Fonofarez aparatı isə ağrıkəsici və iltihab sorucu təsir göstərir.
Tibbi avadanlıqlar eyni zamanda bextorev xəstəliklərində, eləcə də ətraflarda sudurğalara da kömək edir,müsbət təsir göstərir."
Müalicə həkimimiz Aynur İsmayılova, baş tibb bacısı Mətanət Quliyeva , tibb bacılarından Ulduz Hüseynova, Nigar İsgəndərova, Təranə Quliyeva, Nigar Əliyeva , müalicəvi idman və bədən tərbiyyəsi müəllimi Tural Paşayev , mühatibə veteranı Feyruz Qəribov və başqaları öz işlərinə məsuliyyətlə yanaşırlar.
İdman zalında qaçış və titrəyiş aparatı, xizək aparatı, qol və çiyin çarxı aparatı , ağır tərzdə çəki daşları , anadangəlmə beyin iflici xəstələrinin hərəkətini təmin edən efir traksion aparatı , aşağı ətraf orqanların bərpası üçün müvazinət topları və digər idman qurğuları 14 gün müalicə olunan əlillərin ixtiyarındadır.
Respublikamızın hər divarından gələn müharibə əlilləri , ümumi xəstəliyə görə əlil olmuş insanlar bir- biri ilə ünsiyyət yaradaraq dostlaşır və sonralar da unudulmaz günləri unutmurlar.
Qazax rayonundan gəlmiş 2 - qrup Qarabağ müharibəsi əlili Qələndar Babayev, Samux rayonundan 1 ci qrup Qarabağ müharibəsi əlili Vasif Quliyev , Cəlilabad rayonundan gəlmiş və bir böyrəyini itirmiş 2 ci qrup əlilln Qənbər , Ağdaş rayonunun Ləki kəndindən 2 ci qrup əlil Nüsrət Abbasov , həmin kənddən 1 ci qrup əlil İsmayıl Səlimov
Goranboy rayonundan 1 - ci qrup əlil Firdovsi İbrahimov, Bakıdan Mehdi Babayev və Hacı Əliəkbər, Evlax rayonundan Mahir Abbasov , Saatlının Qıraqlı kəndindən Rəşad Qurbanov və başqaları bu gün də bir- birimizi unutmuruq.
Naftalan şəhər Əlillərin Reablitasiya mərkəzində Gəncədən gəlmiş 2- ci qrup əlil Ofelya Aslanovanın əl işlərindən ibarət sərgisi keçirildi.Müxtəlif rəngli muncuqları bir- birinə düzələk qolbağı hazırlayan Ofelya xanım həm də istedadlı rəssamdır.
Biz əlilər boş vaxtlarımızda qonşu sanatoriyalarla da maraqlandıq
Naftalan Reablitasiya Mərkəzi əlillərə pulsuz xidmət edir.
Naftalan şəhərində bir çox özəl sanatoriyalar da fəaliyyət göstərir.
Xidmət səviyyəsindən asılı olaraq qiymətlər də dəyişir.
Elə sanatoriya var ki, sutkası 80 - 100 manat civarındadır.
Möcüzəvi Naftalan sanatoriyasında isə həm Həmkarlar təşkilatının hesabına , həm imtiyazı olan əlillərə, həm də öz hesabına hər bir vətəndaşa xidmət göstərirlər.
Müalicə olunan bir neçə nəfərdən bu haqda məlumat aldım.
Bakıdan gəlmiş bir vətəndaş bildirdi ki, işdə həmkarlar təşkilatına 105 manat ödəməklə 14 günlük müalicəyə gəlmişəm.Yerdə qalan 400 və ya 500 manat məbləği isə Həmkarlar təşkilatı ödəyir.
Sumqayıtdan gəlmiş bir müəllimə isə bildirdi ki, 250 manat Həmkarlar təşkilatına pul ödədim. Və Möcüzədə müalicə olunuram.
Hər hansı bir vətəndaş Naftalan şəhərinə gedərək gündəlik olaraq 30- 35 manat ödəməklə 14 gün Möcüzə sanatoriyasında müalicə oluna bilər.
Müalicəvi Möcüzə sanatoriyası ilə üzbəüz hasara alınmış geniş bir ərazidə hektarlarla şam ağaclarının nədən quruması qəlbimizi göynətdi.
Ümumi xəstəliyə görə əlil olmuş insanların əksəriyyəti müavinət və pensiyalarının az olmasından və dövlətin verdiyi pulsuz avtomobili ala bilmədiklərindən şikayətlənirdilər.
Bütün bu problemlər gərək Nazirlik səviyyəsində öz həllini tapmalıdır
Mən inanıram ki, ölkə prezidentinin diqqət və qayğısı nəticəsində nəinki vətən müharibəsi əlillərinin, eyni zamanda ümumi xəstəliyə görə əlil olmuş hər bir ölkə vətəndaşlarının da pulsuz avtomobillə təmin olunması tezliklə həyata keçiriləcəkdir.
14 günlük müalicəmiz başa çatdı və Naftalan şəhər Əlillərin Reablitasiya Mərkəzinin həkim və tibb işçilərinin diqqət və qayğısı biz əlillərdə xoş ovqat yaratdı.
Rauf İlyasoğlu