SON DƏQİQƏ

Qızılağac Milli Parkında YANĞIN

Tarix:7-08-2023, 00:59

Qızılağac Milli Parkının ərazisində yanğın başlayıb. 
XeberTıme.az bildirir ki, bu barədə FHN Mətbuat xidmətindən bildirilib.
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.
 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ