SON DƏQİQƏ

Bakıdan Zərdaba qonaq gələn yeniyetmə Kürdə batıb - YENİLƏNİB

Tarix:25-08-2023, 22:31

Bakıdan Zərdaba nənəsigilə qonaq gələn yeniyetmə qız Kür çayında batıb.
XeberTıme.az  xəbər verir ki, hadisə Kür çayının rayonun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Bakı şəhər sakini Müzəffərli Əsma Pərviz qızı Kür çayının kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıq edib və suya düşərək boğulub.
Hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daığıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
Hazırda onun meyitinin tapılması istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.  

 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ