SON DƏQİQƏ

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Tarix:21-04-2024, 02:43

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.
“Unikal”ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, “Səma” şadlıq sarayının qarşısında baş verib.
1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb.
Ətrafdakı şəxslərin müdaxiləsi ilə söndürülən şəxs təcili xəstəxanaya çatdırılıb. İntihara cəhdin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.  

 XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ