SON DƏQİQƏ

Şirvanda həkim səhlənkarlığı daha bir can aldı-VİDEO

Tarix:7-05-2024, 21:09

Artıq xeyli müddətdir ki, Şirvan şəhər səhiyyəsinin yarıtmaz fəaliyyəti ölkə gündəmindən düşmək bilmir. 
Lakin buna baxmayaraq hökm sürən neqativ hallar aradan qaldırılmır. Daha dəqiq desək, səhiyyə rəhbərliyi haqlı iddialardan nəticə çıxarmağa tələsmir.                                                                                                                             
Belə hallardan biri ilə bağlı Vetenperverlertv.az-a müraciət daxil olub. Müraciət sahibi Hacıqabul rayonu İkinci Udulu kənd sakini Qarayev Qismət bildirir ki, 16 yaşlı qızı Qarayeva Ayişənin qızılca xəstəliyindən əziyyət çəkməsi ilə bağlı mayın 5-dən 6-na keçən gecə saat 03.00 radələrində Şirvan şəhər Mərkəzi Xəstəxanaya gətirilib. Lakin müəssənin Acil Şöbəsində qızına qarşı laqeydlik sərgilənib. Ona açıq şəkildə bildirilib ki, bazar günü olduğu üçün xəstəxanada həkim yoxdur, bunun üçün gözləmək lazımdır...
Nəticədə 16 yaşlı xəstənin vəziyyəti kritik şəkil alıb, vəziyyəti olduqca pisləşib. Yalnız bundan sonra “əl-ayağa” düşən həkimlər Ayişənin Bakıya göndərilməsi üçün icazə vərəqi veriblər..
Lakin təəsüflər olsun ki, vəziyyəti ağır olan Ayişə Qarayeva Bakıya çatmadan yolda keçinib. Mərhumun atası Eyvaz Qarayev bir daha açıqlamasında bildirib ki, qızı Şirvan şəhər Mərkəzi Xəstəxana rəhbərliyinin səhlənkarlığının qurbanı olub. Onun sözlərinə görə, vaxtında qızına həkim yardımı göstərildiyi halda Ayişə həyatda qalardı.
Mövzuya qayıdacağıq..
 
XeberTıme.az  məsələylə bağlı video təqdim edir: 



 
 
 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ