SON DƏQİQƏ

Tovuzda FACİƏ: Maşın Kürə aşdı, 3 nəfər batdı

Tarix:3-06-2024, 15:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub. 
XeberTıme.az xəbər verir ki,  Nazirlikdən  verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
 
Əlavə məlumat veriləcək.
 
***
09:04
Tovuzda bədbəxt hadisə baş verib.
 
Hadisə Hunalılar kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb.
 
Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.
 
Hazırda onların axtarışları davam etdirilir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.   

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ