Beyləqanın Yeni Mil kəndində ötən gün su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.
XeberTıme.az xəbər verir ki, 2015-ci ildə anadan olan kənd sakini İbrahimov Əhməd Cavid oğlunun cansız bədəni Yeni Xanqızı kanalında aşkarlanıb.
Məlumata görə, hadisə axşam saat 20-21 radələrində baş verib.
Axşam tərəfi uşağın qayıtmadığını görən ailə polisə məlumat verib. Gecə boyunca axtarışlar davam edib. Azyaşlının cəsədi bu gün günorta saatlarında tapılıb.
XeberTıme.az