Ağstafa rayonunun Qırılı kəndində baş verən bədbəxt hadisə nəticəsində ər-arvad ölüb.
XeberTıme.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Nərhumun yaxınlarının sözlərinə görə, 57 yaşlı Xatirə İsmayılova iş yerinə aparmaq üçün üzüm yığmaq istəyib. Bu zaman ona kömək üçün həyat yoldaşı Füzuli İsmayılov pilləkənlə hasara çıxıb. Əvvəldən çat olan bir qat formada tikilən hasardan qopan daş parçaları qadının üzərinə düşüb. Bu zaman hasarın üzərinə çıxan həyat yoldaşı da daş parçalarının üzərinə düşüb. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, bir ay əvvəl cütlüyün yeganə oğul nəvələri də dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
XeberTıme.az