Naftalan şəhərindəki Reabilitasiya mərkəzinin iclas zalında antiterror əməliyyatının il dönümü ilə bağlı tədbir keçirilmişdir.
Tibb işçilərinin və mərkəzdə müalicə olunan əlillərin iştirakı ilə keçirilmiş tədbiri Naftalan reabilitasiya mərkəzinin əmək terapiyası üzrə mütəxəssisi, təşkilatçı Aytən Əliyeva açdı və vətənimizin azadlığı və ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aytən Əliyeva demişdir;
-2020- ci ilin noyabr ayının 8-də Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin atəşkəs haqqında birgə bəyannaməsi imzalandı. Ermənilər ağ bayraq qaldıraraq atəşi dayandırsalar da, yenə də bəd əməllərindən əl çəkməyərək sui -qəstlər törədirdilər. Atəşkəs elan olunsa da, yenə də erməni seperatçı qüvvələri Azərbaycanlılara qarşı terror törədir, günahsız insanları qətlə yetirirdilər Sentyabrın 18- də ermənilər bilərəkdən Xocavənd rayonunda Azərbaycanlı hərbicilərə və mülki əhaliyə qarşı təxribatlar törədir, yollara minalar basdırdılar. Bunun nəticəsində 6 nəfər polis işçilərimiz şəhid oldular. 19 sentyabr 2023-cü ildə Ali Baş Komandanımızın əmri ilə Qarabağda antiterror əməliyyatı keçirildi. 24 saat ərzində antiterror əməliyyatı uğurla başa çatdı. Qarşı tərəfdən düşmən xeyli canlı qüvvə itki versə də 192 nəfər əsgər və zabitimiz şəhid oldular. İşğalçı erməni silahlıları könüllü olaraq qədim türk torpağımız olan Xankəndini və Ağdərəni tərk etdilər.
Müharibənin ilk illərində 3 qardaşı ilə döyüşdə olmuş, ikinci qrup əlil, 18 şeirlər və publisistik kitabların müəllifi, yüzlərlə şəhidlərimizə , qazilərimizınhəsr etdiyi şeirlər, poemalar müəllifi, qardaşı və qardaşı oğlu, bibisi oğlu və neçə-neçə doğmaları şəhid olmuş,müharibənin açılarını, dəhşətlərini görmüş şair- jurnalist Rauf İlyasoğlu kövrək xatirələrini danışdı və qəhər onu boğsa da özünü ələ alaraq vətənpərvər ruhlu şeirlər söylədi.
Reabilitasiya Mərkəzində uzun illər baş həkim-şöbə müdiri işləyən və bu gün də əlillərin sağalması naminə öz bilik və bacarığını əsirgəməyən, həkimlik peşəsini şərəflə davam etdirən Pərvanə Əbdürrəhmanova 44 günlük Vətən müharibəsində milli ordumuzun qələbəsindən iftixarla söhbət açdı və vurğuladı ki Ali Baş Komandanımız, Ölkə Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi komandanlığı, diplomatik fəaliyyəti sayəsində və həmçinin şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına ordumuz 30 il erməni əsarətində inləyən torpaqlarımızı yağı taptağından azad etdilər.
Natiqlik istedadına malik Pərvanə həkim müharibə dövründə həkimlərimizin, tibb işçilərimizin gecə- gündüz yaralı əsgər və zabitlərimizə göstərdiyi ilk tibbi yardımdan, onların sağalmasında əzmlə çalışmasından xüsusilə danışdı.
Sonra antiterror əməliyyatı ilə bağlı videoçarx nümayiş olundu və tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
Rauf İLYASOGLU,
Fotolar: Tural
Süleymanovundur.