Oğuzda 65 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.
XeberTıme.az bildirir ki, hadisə bu gün günorta saatlarında Oğuz rayonunun Yenikənd kəndində baş verib.
Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Lətif Mütəllim oğlu Ramazanov yolda gedərkən qəfildən yıxılıb və ağır bədən xəsarətləri alıb.
Yaralı yaxınlarının köməyi ilə öncə Oğuz, daha sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lətif Ramazanova xəstəxanada döş qəfəsinin qapalı travması və qabırğaların sınığı diaqnozu qoyulub.
O, xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.