SON DƏQİQƏ

Azərbaycanda Əməkdar müəllim vəfat etdi

Tarix:21-09-2025, 22:45

Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində uzun illər direktor vəzifəsində işləmiş Əlisultan İbrahimov vəfat edib.
 XeberTıme.az bildirir ki,  Əlisultan İbrahimov 1957-ci il 20 avqust tarixində Rəncbər kəndində anadan olub. 1964-74-cü illərdə Rəncbər kənd tam orta məktəbində təhsil alıb. 1974-cü ildə APU-un Riyaziyyat fakültəsində "Riyaziyyat müəllimi" ixtisası üzrə təhsil alıb.
Daha sonra Rəncbər kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlayan Əlisultan İbrahimov 1994-2022-ci illərdə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 

 XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ