SON DƏQİQƏ

İcra başçısı Faiq Qürbətov şair Səlamət Biləsuvarlını qəbul edib.

Tarix:4-11-2025, 21:24

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  şair Səlamət Biləsuvarlını qəbul edərək “Yurdumun elm adamları” adlı yeni kitabının çapdan çıxması münasibətilə təbrik edib və şairə uğurlar arzulayıb.Görüş zamanı Səlamət Biləsuvarlı “Yurdumun elm adamları” kitabının sadəcə bioqrafiyalar toplusu deyil, elmə, düşüncəyə, öyrənməyə və yurduna elm yolu ilə xidmət etməyə çağıran bir amalın ifadəsi olduğunu qeyd edib.
Qeyd edək ki, müəllifin sayca altıncı kitabı olan bu nəşr üç bölmədən ibarətdir. Kitabda Azərbaycanın müxtəlif elm sahələrində çalışan biləsuvarlı alimlər, fəxri adlara layiq görülmüş ziyalılar və kitab müəllifləri haqqında geniş məlumat toplanıb.
Şair göstərilən diqqət və qayğı üçün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova təşəkkürünü bildirib və yeni kitabını hədiyyə edib.


XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ