SON DƏQİQƏ

Dovşan ovunda dostunu güllələdi

Tarix:22-02-2021, 00:09

Gədəbəy rayonunda ova gedən dostlardan biri digərini güllələyib.
XeberTıme.az  xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov mediaya açıqlamasında bildirib ki, bu gün rayonun Miskinli kənd sakinləri - 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu və 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu birgə dovşan ovuna gediblər:

"Ov zamanı Elnur Tağıyev "TOZ 16" markalı qoşa lülə tüfənglə ehtiyatsızlıqdan atəş açaraq Qamət Fətullayevi ayağından yaralayıb".

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ