SON DƏQİQƏ

Göyçay sakini itkin düşdü

Tarix:6-03-2026, 08:52

Göyçay sakini itkin düşüb.
XeberTıme.az  xəbər verir ki, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayev Ramil Elşad oğlu 4 mart tarixində evdən çıxıb və geri qayıtmayıb. Yaxınları onun naməlum istiqamətə getdiyini və ya itkin düşdüyünü bildirirlər. Eyni zamanda onlar Ramilin su kanalına düşərək batdığını da ehtimal edirlər.
FHN-in dalğıc-axtarış qrupları kanalda batması ehtimal edilən şəxsin axtarışlarına cəlb edilib. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ