10 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Biləsuvar rayonunda növbəti "Əmək yarmarkası" keçirilib.
XeberTıme.az Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, Mərkəzi Parkda keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini (müdiri vəzifələrini müvəqqəti icra edən) Xaqani Məmmədov iştirak edib.
Yarmarkada Biləsuvar rayonunda işsiz və işaxtaran şəxslərə 14 müəssisə tərəfindən 132 vakant iş yerləri təqdim edilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov yarmarkanın keçirilməsində əsas məqsədin rayonda işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi və onların məşğulluğunun təmin edilməsinə dövlət dəstəyinin göstərilməsi olduğunu bildirib.
Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib.
İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada iştirakçılara, uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması təmin edilib və vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə məlumat verilib.




XeberTıme.az