Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XeberTıme.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 22-də saat 18 radələrində Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisində Ətcələr kənd sakini Ə. Ağayev idarə etdiyi “QAZ-31105” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.