SON DƏQİQƏ

Şəkidə avtomobil çaya düşdü, sürücü xəsarət aldı

Tarix:25-04-2021, 08:53

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
XeberTıme.az  xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Şəki sakini, 1982-ci il təvəllüdlü Əfqan Nəsirov idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Qurucana çayına düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şəki bölməsinin xilasediciləri və təcili yardım briqadası cəlb edilib.
Sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ