SON DƏQİQƏ

Goranboyda piyada təhlükəsizliyi ilə bağlı reyd keçirildi, 15-ə yaxın sürücü cərimələndi

Tarix:2-05-2021, 09:42

Goranboyda piyada təhlükəsizliyi ilə bağlı reyd keçirildi, 15-ə yaxın sürücü cərimələndi 

XeberTıme.az bildirir ki, Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəl edilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ