SON DƏQİQƏ

Yeni Xəbər Saytı Fəaliyyətə Başladı

Tarix:21-11-2020, 23:21

Yeni XEBERTIME. AZ saytı açıldı                                            
Sayıtın  təsisçisi və baş direktoru  Yeganə Hüseynovadır. Saytda ölkə gündəmində baş verən bütün xəbərlərə yer veriləcək. Eyni zamanda öz fikirlərini ifadə etmək üçün cəmiyyətində fikirlərinə  geniş yer veriləcək.                                                                                                               
XeberTıme.az -ın  hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir.
Yaradılmış yeni xəbər portalının daxilində yer alan xəbər hissələrinin ölçüsü və meyyarı ondan ibarətdir ki, Azərbaycanın ictimai, siyasi, sosial həyatında baş verən hadisələr, mədəniyyət, ədəbiyyat məlumatları, şəhidlərin keçdiyi döyüş və həyat yolu, müxtəlif köşə yazıları, Qarabağla bağlı informasiyalar, hərbi xəbərlər, ölkədə və dünyada baş verən hadisələr, texnologiyalarla bağlı yazılar və maraqlı xəbərləri dərc etməkdir. Mövcud mediada olan ənənəvi xəbər kateqoriyalarından fərqli bir neçə sahəvi bölmələr də saytda fəaliyyət göstərəcək. 
    
Müəllifdən: Jurnalist peşəsi – həyat amalım. Hər bir xəbəri obyektiv olaraq şəfaf oxuculara çatdırmaqdır. Dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaq başlıca şüarımızdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan mətbuatına və mətbuat nümayəndlərinə göstərdiyi qayğı və diqqət onu deməyə əsas verir ki, Azərbaycan mətbuatı ehtibarlı əllərdədir. Hər gün çiçəklənərək, uğurlara yön alan Azərbaycan hər bir sahədə olduğu kimi mətbuat sahəsində də, dünya arenasında öz sözünü deyərək, layiqli imzasını atıbdır. Bu gün internet mətbuatının ön sıralarda irəlləməsi Azərbaycan mətbuatının uğurlarından xəbər verir. Bu gündən “XeberTıme.az” informasiya agentliyi də mətbuat aləminə öz qədəmlərinə qoyur və oxucuların ixtiyarına verilir.
İnanırıq ki, “XeberTıme.az “ qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək.                                                    
XeberTıme.az komandasına uğurlar diləyirik.


Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ