Bakıdan Qubaya istirahətə gedən şagirdlər və onların valideynlərini aparan avtobus yolda yanıb.
XeberTıme.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qubanın girişində baş verib.
Binəqədi rayonunda yerləşən 244 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri valideynləri ilə birgə Qubaya istirahətə gedirmişlər. Yolda avtobusun motorxanasında yanğın başlayıb, sürücü dərhal avtobusu saxlayaraq sərnişinləri düşürüb.
Məlumata görə, həmin zaman oradan keçən Quba rayon icra başçısı şagirdlər üçün başqa avtobus təşkil edib və onları Qubaya aparıb. Şagirdlər və valideynlər hazırda təyinat yerinə çatıblar.
Qeyd edək ki, avtobusun yanması barədə ilk məlumatı Manşet.az saytı yayıb.