SON DƏQİQƏ

Bulvarda ekoloji obyektlər tikiləcək

Tarix:23-06-2021, 02:16

Bulvar ərazisində əyləncə, istirahət, ekoloji zövq verən obyektlərin tikintisi nəzərdə tutulur ki, bu da yaşıllıq zolaqlarında olacaq.
XeberTıme.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov (ETSN) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən yeni yaşayış massivlərinin salınmasında vahid ərazinin 40 %-nin yaşıllıq olması norma kimi qəbul edilib:
“Bundan başqa məhəllədaxili obyektlərdə də 25 % yaşıllıqlar nəzərdə tutulur. Yaşıllıqların ekoloji tarazlıq baxımından nəticəsini bir neçə il sonra görə biləcəyik”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ