SON DƏQİQƏ

Xəzər dənizində kruiz marşrutunun yaradıla bilər

Tarix:9-07-2021, 02:22

Volqa çayı boyunca Xəzər dənizinə və geri – Azərbaycan, Türkmənistan, Qazaxıstan və İrana yan almaqla kruiz marşrutunun yaradılması təklif edilib.
XeberTıme.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Federasiya Şurasına Xəzər dənizində beynəlxalq kruiz turizminin artmasını nəzərə alınaraq Volqa çayının inkişafı üçün milli strategiyanın qəbul edilməsi təklifini göndərib.
Məlumatda qeyd olunur ki, bölgənin bu mövzuya marağı təsadüfi deyil. Belə ki, Həştərxan yeni beynəlxalq kruiz marşrutları üçün başlanğıc nöqtəsi olması zəruri hesab olunur.
"İlk növbədə, söhbət Volqa boyunca Xəzər dənizinə və geri – dörd Xəzəryanı ölkəyə (Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran) yan almaqla su səyahətindən gedir", - məlumatda bildirilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ