SON DƏQİQƏ

Sabunçu rayon su kanal idarəsindən sakinlər narazıliq edirlər.

Tarix:24-08-2021, 17:17

Sabunçu rayonunun Muxtarov qəsəbəsində yüzlərlə sakin yaşayır. Tələbə dostumuz Həsənov qardaşları 1992 -ci  ildən bu ərazidə ev tikdirib  məskunlaşıblar. Sakinlər təxminən  1000 metr  aralıda yerləşən mərkəzdən, əsas su borusundan icazəli olaraq öz evlərinə su çəkdirib. Təsərrüfat yaradıblar. Həyat bacalarında səliqə səhman yaradıblar. Mer -meyvə əkiblər, yaşıllıq salıblar.
 Həmin ərazidə sakinlər üçün  Sabunçu rayon  Su Kanal idarəsi iki kollektor da çəkib, Hansıkı həmin kollektordan Su Kanal İdarəsi digər sakinləri də su ilə təmin edə bilər.
Lakin Sabunçu Rayon Su Kanal idarəsinin rəisi Elşad müəllim  qərəzli şəkildə öz xərcinə 1000 metr məsafədən öz həyətinə  su cəkdirmiş, vətəndaşların hüquqlarını pozmuşdur.
Bayram adlı sakin bildirdi ki, öz xərcimə su çəkdirmişəm və  indi su gəlmir, pul verib su alıram,  tonluq çənə yığaraq istifadə edirəm , bağımı çətinliklə də olsa  sulayırəm .
Muxtarov qəsəbə sakini Bayram kişidən aldığımız müsahibəni də oxucularla paylaşırıq.
Biz inanırıq ki, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon su kanal idarəsinin rəisinin qərəzli hərəkətlərinə son qoyacaq .
Yəqin ki, Azərsu rəhbərliyi məsələni aydınlaşdıracaq və vətəndaşlar narazı qalmayacaqlar.
Dövlətimiz  su kanal idarələrinə hər il külli miqdarda vəsait ayırır. Lakin bəzi rayon su kanal idarəsi rəhbərləri vətəndaşların haqlı narazılıqlarını qulaq ardına vuraraq öz bildiklərini edirlər.
Əgər vidioda göstərilən kimi su itkilərinin qarşısı alınsa,nə  üfunət iyi verən qamışlıq və gölməçələr yaranar, nə də narazılıq olar.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ