SON DƏQİQƏ

Vətən Müharibəsi qazisi Anar Quliyev tələbə adını qazandı

Tarix:4-09-2021, 21:08

Bu barədə Anar Quliyev sosial şəbəkədə paylaşım edib.                                                                            Xatırladaq ki, Anar Quliyev1995-ci ildə  Quba rayon Amsar kəndində sadə Azərbaycanlı ailəsində dünyaya göz açmışdır.  23 oktyabr 2019- cu ildə  həqiqi hərbi xidmətə yola düşür. 27 sentyabr döyüş bölgəsinə ezam olunur və mərdliklə döyüşür. 13 oktyabr 2020-ci il tarixində Talişkənd, Suqovuşan(Madagiz) istiqamətində gedən ağır döyüşlərdə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq döyüş tapşırını yerinə yetirərkən sağ ayağından yaralanır və sağ ayağı dizdən aşağı itirir.                                                
Vətən müharibəsi qazisi döyüşdə göstərdiyi xidmətlərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.                                                  
“XeberTıme.az”  informasiya portalı adından Vətən müharibəsi qazisi Anar Quliyevi və onun timsalında tələbə adını qazananları ürəkdən təbrik edirik. 

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”                                                                                                                                                                          
 
        

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ