SON DƏQİQƏ

Qafqaz Media İ.B.şəhid ailələrini və qaziləri medalla təltif etdi+ FOTOLAR

Tarix:17-09-2021, 23:54

16.09.2021-ci il tarixində  Şəmkir şəhərində şəhid ailələri və Qarabağ qaziləri ilə görüş keçirildi. Tədbir Azərbaycanın Dövlət himni ilə açıq elan olundu və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.                                                                       Sonra “Qafqaz-Media” İ.B-nin sədri və Qafqazmedia.az saytının rəhbəri,  şair, publisist, həkim-jurnalist,   prezident təqaüdçüsü Hacı Azadə Taleh 44 günlük Vətən müharibəsində Zəfər tarixi yazan Vətən oğullarından söhbət açaraq Uca Allahdan onların ailələrinə səbr, qazilərimizə şəfa dilədi. Bir sıra natiqlərin çıxışlarından sonra şəhid valdeynlərinə, birinci, ikinci Qarabağ qazilərinə və bir sıra iş adamlarına Qafqaz Media İ.B-nin təsis etdiyi medallar, “Xarı Bülbül”, “Əbədi Yaşar Fatehlər” fəxri fərmanlar, eləcədə “Vətən Naminə” Şəhid ailələrinə dəstək İ.B-nin təsis etdiyi “Şəhid Anası” medalı təqdim olundu. Tədbirin keçirilməsində  yaxından göstərdiyi köməyə görə BMT yanında  insan hüquqları müdafiə komitəsinin komissarı, general Firdovsi Ələkbərova, Şəmkir şəhərində yerləşən  “Qala” ailəvi, istirahət mərkəzinin rəhbəri Tural Zeynalov başda olmaqla bütün işçi heyyətinə öz təşəkkürümüzü bildiririk.  Şəkillərə görə AJB-nin üzvü, “Səba Yeli” qəzetinin şöbə müdiri İbrahimov Rza Əliyə təşəkkür edirik.

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                            

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ