SON DƏQİQƏ

Türkiyədən gəlmiś "Könül yolcuları " öz vətənlərinə xoş gəliblər

Tarix:20-09-2021, 20:26

Türkiyənin Fethiya şəhərindən gəlmiş  "Könül yolcuları" marafonunun  başqanı Çoşkun  Karabulut  başda olmaqla  17 nəfər qələm sahibləri  Nuru Paşanın komandanlığı  ilə  Bakının  erməni daşnaklarının işğalından  azad olunmasının 103 ildönümü ilə əlaqədar Azərbaycana gəlmişlər.  1918- ci ildə  Bakı və ətraf rayonlarımız  erməni ingilis və rus işğalından azad olunmuş, 1000 nəfərdən çox türk əsgəri şəhid olmuşlar.
Qonaqlar öncə Şəhidlər Xiyabanını, eləcə də Türk abidəsini ziyarət etdilər və  cəmi şəhidlərimizin  xatirəsi ehtiramla yad edildi.
Azərbaycanın görməli yerlərini gəzən qonaqlar bir çox görüşlər keçirdilər və  xalqımızın bir daha qonaqpərvərliyinin şahidi oldular.
Növbəti görüş Azərbaycan Nəşriyyatında Azərbaycan-  İraq  Mədəni Əlaqədar ictimai birliyinin sədri Tahirə Məmmədovanın təşkilatçılığı ilə Azərbaycan və Türkiyə yazıçı və şairlərinin iştirakı ilə baş tutdu. 
Ölkəmizin və qardaş  Türkiyənin  dövlət himnləri  səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tahirə Məmmədova   iştirakçıları  bir daha salamladı və  Türkiyə Azərbaycan dostluğundan, 
qardaşlığından ətraflı söhbət açdı.O , bildirdi ki,103 il əvvəl Türk  İslam ordusu başda  Nuru Paşa  olmaqla Azərbaycanı rus bolşevik və erməni daşnaq qruplaşmalarından,  ingilis   təcavüzündən xilas etmişdir.44 günlük Vətən müharibəsində bizə qardaş yardımı göstərən Türkiyə Azərbaycan dostluğu , qardaşlığı daimi və əbədidir.
"Könül yolcuları" platformasının başkanı, şair Coşkun Karabulut və həmin təşkilatın  Azərbaycan üzrə təmsilçisi Nazilə Gültac ürək sözlərini dedilər və iştirakçılara  təşəkkürlərini  bildirdilər.
Tədbirdə  televizyon sunucusu  Cəlal Bozkurt , Yusif Ziya Yılmaz, Turgay Dəyirmançı, Serial Beyargül, Hacıbayram Aslandaş, Şəfəq Ehmeddəniz, Serial Beyargül ,Zəhra Səlcuq Üçgül, Zəhra Selçuk İncəgul,Nazilə Gültac ,Üzeyir Gulec, 
Hacı İntiqam, Əyyub Şırlanlı,  Rauf İlyasoğlu,Elçin Məmmədov, İradə Məlikova,  Püstə Rəvan, Elmira Aslanxanlı ,  Sevda İbrahimova,  və başqaları  çıxış etdilər.
 44 günlük  vətən müharibəsinə həsr olunmuş möhtəşəm şeirlər səsləndi. 
Qarabağ müharibəsi qazisi ,əslən Lerik rayonundan olan Üzeyir Məmmədovun  çıxışı alqışlarla qarşılandı.
Görüş yüksək dostluq körpüsünü dahada möhkəmləndirdi, belə tədbirlərin əhəmiyyəti vurğulandı.
AİMƏİB - nin sədri Tahirə Məmmədova  Türkiyədən gəlmiş  dostları təşkilatın adından  Fəxri Diplomla mükafatlandırdı.
Tədbirdən sonra xatirə şəkilləri çəkildi və şirniyyat süfrəsi təşkil olundu. 

Yaşasın Azərbayçan -Türkiyyyə qardaşlığı.

Rauf İlyasoğlu.
“XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ