SON DƏQİQƏ

Bakı Zooloji Parkı ziyarətçilər üçün açılıb

Tarix:10-10-2021, 01:39

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərin üzünə açıb.

XeberTıme.az  xəbər verir ki, parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan uşaqlar olub.
Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə burada görülmüş işlərlə bağlı məlumat verib.
Bildirib ki, parkda təmir işləri 2017-ci ildə başlayıb. Ərazi 2,005 hektardan 4,025 hektara qədər genişləndirilib. Burada 300 kvadratmetr sahədə yaşıllıq salınıb. Qeyd edib ki, parkın kolleksiyasında 125 növ heyvan var ki, onlardan 22-i Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş növlərdir.
Nəzakət İsayeva deyib ki, əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq inşa edilib və sahəsi kifayət qədər genişləndirilib. Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var.
Parkın icraçı direktoru onu da əlavə edib ki, zooparka giriş üçün biletin qiyməti böyüklər üçün 5, uşaqlar üçün isə 2 manat olacaq. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuz olacaq. Qazilər, Vətən müharibəsi əlilləri, eləcə də şagird və tələbələr üçün giriş güzəştli qaydada olacaq. Saat 10.00-dan 17.30-a qədər kassalar fəaliyyət göstərəcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ