SON DƏQİQƏ

Tanınmış jurnalist, ACF-nın baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.

Tarix:20-10-2021, 00:35

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlu dünyasını dəyişdi.


XeberTıme.az xəbər verir ki, bu barədə "Yeni Klinika" məlumat yayıb.

Bildirilib ki, həkimlərin səyinə baxmayaraq Elnur Əşrəfoğlu koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Allah rəhmət eləsin!

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ